İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda mükafat qazanan fotomüxbir ölkədən buraxılmadı

Hindistan hökuməti kəşmirli jurnalist Sanna İrşad Mattunun layiq görüldüyü “Pulitzer” mükafatını almaq üçün ABŞ-a uçmasına icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

ABŞ Dövlət Departamenti artıq məsələ ilə bağlı narahatlığını ifadə edib. İşə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun ən etibarlı adamı sayılan, Konqresin Kəşfiyyat komitəsinin sədri Adam Şiff də qarışıb.

Qeyd olunur ki, Sanna İrşad Mattu oktyabrın 18-də ABŞ vizasını və təyyarə biletini alıb. Lakin sərhəd xidməti onu Nyu-Dehli hava limanında saxlayıb. Mattu Hindistanda COVID-19 epidemiyasının qurbanları haqqında foto hekayəyə görə həmkarları ilə birlikdə aldığı “Pulitzer” mükafatının təqdimat mərasimində iştirak etməli imiş. Hindistanlı jurnalistə səyahət qadağasının səbəbi açıqlanmayıb.

“Mükafatlandırma mərasimində iştirak etmək həyatımın yeganə imkanı idi” - deyə o, tvitter hesabında yazıb.

Qeyd edək ki, 2022-ci ilin iyul ayında da jurnalistin “Serendipity Arles Grant 2020” müsabiqəsinin 10 qalibindən biri olaraq Parisə getməsinə izn verilməmişdi.
Sanna İrşad Mattu Hindistanın radikal millətçi Narendra Modi hökumətinin Kəşmir vilayətində törətdiyi əməlləri işıqlandırmaqla tanınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR