Onlayn ictimai-siyasi qəzet
"Gürcü Arzusu" partiyası bu həftə ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act) qanununa oxşar təşəbbüs irəli sürəcək.
Bunu Gürcüstanda hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə bildirib.
Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. ABŞ-dən fərqli olaraq, bu qanun fiziki şəxslərə aid deyil. O, gəlirlərinin 20 %-dən çoxu xaricdən daxil olan qeyri-kommersiya hüquqi şəxsləri və KİV-lərə aiddir. Bu cür təşkilatlar hər il yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərcləri barədə bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirmədikləri təqdirdə cərimələnəcəklər.
ABŞ-də qüvvədə olan xarici agentlər haqqında qanun cərimədən əlavə beş ilədək həbs cəzası da nəzərdə tutur. (Report)
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ