İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamenti prezidentə qarşı! İmpiçment başladılır

Gürcüstanın parlament çoxluğu Salome Zurabişviliyə qarşı impiçment proseduruna yenidən başlamaq qərarına gəlib.

Məlum olduğu kimi, 2023-cü il oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində Salome Zurabişvilini Konstitusiyanın pozucusu kimi tanıyıb və Gürcüstan Konstitusiyasının 52-ci maddəsi ilə müəyyən edilmiş qaydanı təsdiq edib ki, prezident yalnız Gürcüstan hökumətinin razılığı ilə xarici səfər etmək hüququ.

Musavat.com xatırladır ki, Konstitusiyanın pozulması təsdiqləndikdən sonra Salome Zurabişvili yalnız radikal müxalifəti təmsil edən parlamentarilərin dəstəyi ilə prezident postunu saxlayıb.

"Salome Zurabişvili Gürcüstan Konstitusiyasını pozmaqda davam edib. Xüsusilə, impiçment proseduru başa çatdıqdan sonra da o, Gürcüstan hökumətinin razılığı olmadan bir neçə xarici səfər edib, o cümlədən ötən həftə Fransa, Almaniya, Polşa və Belçikaya səfər edib".
Bunu “Gürcü Arzusu” partiyasının siyasi şurasının üzvü, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR