Onlayn ictimai-siyasi qəzet
Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi Fransa “Mets”indən Jorji Mikautadzeni transfer edib.
Məlumatı klubun saytı yayıb.22 yaşlı gürcü hücumçu ilə beşillik müqavilə imzalanıb. “Ayaks” forvard üçün qarşı tərəfə 16 milyon avro ödəyib.
Futbolun sirlərinə Fransada yiyələnmiş Gürcüstan millisinin üzvü bu mövsüm “Mets”in heyətində üç matçda iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ