Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, nazir binalara dəyən ziyanla bağlı danışıb.
"7 binada cüzi dağıntı var, bunun xaricində heç bir ziyan yoxdur. Fatihdə tərk edilmiş bir bina çöküb. Sahə işlərini davam etdiririk. Orta və ya ağır dağıntılı bina yoxdur",-deyə nazir bildirib.
Nazir Kurum açıqlamasında AFAD-ın gördüyü işlərdən də danışıb: "Dünən günortadan sonra 6,2 bal gücündə zəlzələ ilə əlaqədar hamımızı təşviş və qorxu bürüdü. Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun. Dünən zəlzələ baş verən kimi dərhal fəlakət bölgəsində hərəkətə keçdik. AFAD Mərkəzinə getdik və nazirlərimizlə görüşdük. AFAD koordinasiya xidmətləri rayon qubernatorluqlarımızın tabeliyində olan 39 rayonda fəaliyyətə başlayıb. 1399 bina ilə bağlı bildiriş aldıq. Qruplar yoxlama aparıblar. 7 binamız cüzi zədələnib, bundan başqa heç bir ziyanı yoxdur. 28 min 500 bina ilə bağlı da araşdırmalara başlamışıq. Bunu da ehtiyat tədbiri üçün edirik".
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ