İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumə Əliyevanı təhqir edən qadın HƏBS EDİLDİ

Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib.

Musavat.com Modern.az-a istinadən xəbər verir ki, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir - red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb.

Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib ki, qadın həyat yoldaşı barəsində qeyri-etik, təhqiramiz ifadələr işlədib.

A.Həsənova polis tərəfindən aşkarlanıb və inzibati qaydada tutularaq polis şöbəsinə gətirilib. Xanım etdiyi əməli səmimi etiraf edib.

O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 10 gün həbs qərarı verilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Əliyeva qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR