İnsanlara hürriyət, millətlərə istiqlal!

Günün fotosu: Qadın, həyat, azadlıq...

İranda məcburi hicaba etiraz edən məktəbli qızlar sinif otağında başıaçıq əyləşib.

Musavat.com xəbər verir ki, onlardan birinin əlində tutduğu vərəqdə "qadın, həyat, azadlıq" şüarı əks olunub.

Fotodan aydın görünür ki, lövhənin qarşısında dərs izah edən müəllim də baş örpəyini çıxarmaqla etirazçılara dəstək verib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanaraq döyülən və sonradan xəstəxanaya aparılan Məhsa Əmini 3 gün sonra dünyasını dəyişib. Hadisədən sonra bütün ölkəni etiraz aksiyaları bürüyüb.

İran İnsan Haqları Mərkəzinin məlumatına görə, hərbi-polis qüvvələri etiraz aksiyalarında 17 əyalət üzrə 182 nəfəri öldürüb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR