Onlayn ictimai-siyasi qəzet
Çəkdiyi karikaturalarla təndiq atəşinə tutulan Gündüz Ağayev yenidən gündəmə gəlməyi bacarıb.
Musavat.com xəbər verir ki, son günlərdə hərbi əməliyyatlarla bağlı "A" hərfi tərsinə istifadə olunur.
Bununla bağlı rəssam səhifəsində "Simvol" adlandırdığı karikaturasını paylaşıb. Tabutlardan ibarət tərsinə yazılmış "A" hərfi ilə mesaj verməyə çalışan rəssam izləyicilər tərəfindən sərt tənqid olunub.
Qeyd edək ki, bugünlərdə jurnalist İsmayıl Cəlilovun verilişinə çıxan Gündüz Ağayevin “Qarabağ kimindir” sualına cavab verərkən tərəddüd etməsi haqlı olaraq narazılığa səbəb oldu.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ