İnsanlara hürriyət, millətlərə istiqlal!

Gül kələminin sağlamlığa faydaları

Mütəxəssislər gül kələminin (karnabaharın) həm immun sisteminə, həm də ümumi sağlamlığa böyük fayda verdiyini bildiriblər.

Tərkibində bol miqdarda C vitamini, K vitamini, fol turşusu və lif olan bu tərəvəz orqanizmi zərərli maddələrdən təmizləməyə kömək edir.

Dietoloqların sözlərinə görə, gül kələmi antioksidant xüsusiyyətlərə malikdir və hüceyrələrin zədələnməsinin qarşısını alır. Bu xüsusiyyət sayəsində xərçəng və ürək-damar xəstəliklərinin riskini azalda bilər.

Gül kələmi həmçinin həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, bağırsaqlarda sağlam mikrofloranın qorunmasına və qəbizliyin qarşısının alınmasına kömək edir. Aşağı kalorili olduğuna görə arıqlamaq istəyənlər üçün də ideal qidadır.

Mütəxəssislər onu qaynadılmış, buğda bişirilmiş və ya sobada yüngül qızardılmış formada qəbul etməyi məsləhət görürlər.

Dietoloqlar bildiriblər ki, gül kələmini müntəzəm şəkildə pəhrizə daxil etmək toxluğu artırır, immuniteti gücləndirir və maddələr mübadiləsini sürətləndirir.//E-saglam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR