İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “Rosneft” və “Lukoil”ə qarşı sanksiyalarından sonra neftin qiyməti kəskin artdı

Musavat.com xəbər verir ki, ABŞ-ın Rusiyanın iki ən iri enerji şirkəti — “Rosneft” və *“Lukoil”*ə qarşı elan etdiyi sanksiyalar qlobal bazarlarda dərhal təsirini göstərib.

Neftin Brent markasının qiyməti 3 dollar (təxminən 5%) bahalaşaraq bir barel üçün 64,35 dollara yüksəlib. Bu, son ayların ən kəskin artımlarından biri hesab olunur.

Eyni zamanda, Rusiyanın əsas ixrac markası olan Urals neftinin də qiyməti artıb — 56,83 dollar/barel səviyyəsinə çatıb ki, bu da 1,55% bahalaşma deməkdir.

Qeyd edək ki, Urals markası Rusiya büdcəsi üçün strateji əhəmiyyət daşıyır. Moskva 2025-ci il büdcəsini məhz 70 dollar/barel səviyyəsində hesablayıb. Bu səbəbdən yeni sanksiyalar və qiymət dalğalanmaları Rusiya iqtisadiyyatı üçün əlavə risklər yaradır.

Analitiklərin fikrincə, ABŞ sanksiyaları Rusiya neftinin ixracını çətinləşdirsə də, qlobal bazarda təklifin azalması nəticəsində Brent və Urals markalarının qiymətinin müvəqqəti yüksəlişinə səbəb olub.

Ekspertlər bildirirlər ki, sanksiyaların uzunmüddətli təsiri həm Rusiyanın ixrac gəlirlərinə, həm də qlobal enerji bazarının sabitliyinə ciddi təsir göstərə bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR