Onlayn ictimai-siyasi qəzet
İraqın Nəcəf şəhərində SEPAH komandirləri ilə keçmiş Bəşər Əsəd rejiminin zabitləri arasında Suriyada çevriliş planını müzakirə etmək üçün gizli görüş keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, danışıqlarda ölkənin müxtəlif bölgələrində sabitliyi pozmaq üçün atılacaq addımlarla yanaşı, Suriyanın yeni prezidenti Əhməd əş-Şəraaya qarşı sui-qəsd hazırlığı da olub. İclasın mühüm məqsədinin Suriyada son illərdə zəifləmiş İran təsirini bərpa etmək olduğu bildirilib.
Plana daxili kəşfiyyat şəbəkələri və terror təşkilatları, o cümlədən PKK və İŞİD də cəlb olunacaq. Əfqanıstan, Pakistan və Tacikistandan olan hərbçilərin istifadəsi, "Hizbullah"ın da fəal rolu gözlənilir.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ