İnsanlara hürriyət, millətlərə istiqlal!

London məhkəməsi “Yukos” işi ilə bağlı Rusiyanın tələbini rədd edib

London Apellyasiya Məhkəməsi keçmiş “Yukos” səhmdarlarının 63 milyard dollardan çox məbləğdə iddiası üzrə Rusiyaya dövlət toxunulmazlığı tətbiq etməkdən imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verur ki, hakimlər Hollandiya məhkəmələrinin əvvəlki qərarlarına istinad edərək, yekdilliklə Moskvanın tələbini rədd ediblər.

Rusiya tərəfi təkid edirdi ki, Ali Məhkəmə bu işin Böyük Britaniyanın 1978-ci ildə qəbul edilmiş “Dövlət toxunulmazlığı aktı” istisnasına aid olub-olmamasına baxmalıdır.

Lakin hakimlər Stiven Meyls, Kim Levison və Entoni Zakaroli yekdilliklə Moskvanın arqumentlərini rədd ediblər. Onlar bu məsələyə artıq Hollandiya məhkəmələrində baxıldığını və Rusiyanın qərarın icrasından yayınmaq cəhdinin arbitraj qərarlarının tanınması haqqında 1959-cu il Nyu-York konvensiyasına zidd olduğunu vurğulayıblar.

Hakim Meyls vurğulayıb ki, Rusiya hökmə əməl etməli və prosesi gecikdirməməlidir. Məhkəmənin qərarında qeyd olunur ki, toxunulmazlıqdan istifadə kreditorlar tərəfindən əsassız xərclərə səbəb olacaq və dövlətlərə öhdəliklərdən yayınmağa imkan verəcək presedent yaradacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR