Onlayn ictimai-siyasi qəzet
Ermənistan AB yolunda Türkiyəyə qaçacaq və daha irəli getməyəcək. Sadəcə olaraq, Ermənistanın Avropa gələcəyi Türkiyə ilə münasibətlərdın keçir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Qriqor Balasanyan deyib.
“Aİ-yə üzvlük uzun və mürəkkəb prosesdir. Ölkələr sıraya düzülür, namizəd statusu verilir və sonra onların iqtisadiyyatları AB-yə onların üzvlük məsələsini nəzərdən keçirməsinə imkan verəcək səviyyəyə çatmalıdır. Bildiyiniz kimi, ermənilər növbədə durmağı sevmirlər. Ermənistan isə eyni üslubda hərəkət edir: hamıdan üzr istəyir, növbə ilə irəliləməyə çalışır”, - deyə o, qeyd edib.
Rəsmi İrəvanın Avrasiya bazarının itiriləcəyi halda ixracın Avropa ilə əvəzlənməsi perspektivləri də erməni ekspert üçün şübhəli görünüb. “Bu kontekstdə iqtisadiyyat nazirinə sual vermək maraqlıdır: məhsullarımız Avropa standartlarına cavab verirmi? Ermənistanda müvafiq sınaqları aparmağa qadir laboratoriyalar varmı? "Xeyr, bizdə belə laboratoriyalar yoxdur",-deyə o, bildirib.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ