Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin spikeri Alen Simonyan öz Telegram kanalında müxalif rəqiblərinə və mətbuata “söz atıb”.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Keçən gün xəbərlər və çıxışlarla zəngin olsa da, mənim Köçaryanlarla bağlı yazdığım status 20 saat ərzində yalnız «Facebook»-da 3200 bəyənmə və 450 paylaşım topladı. Bu, hətta mənim səhifəm üçün də olduqca böyük rəqəmdir."
"Taqui Tovmasyan (Ermənistan parlamentinin müxalif deputatı-red.) mənim onu artıq iş səfərlərinə aparmama görə narazıdır və təhqiredici iş tərzini «Joxovurd» qəzetində mənim həmkar və dostlarıma qarşı yönəldib.
Edmon Marukyan (Nİkol Paşinyanın xüsusi işlər üzrə keçmiş səfiri-red.) isə sinəsində böyük yaşıl timsah ilə və lori ləhcəsini rus aksenti ilə əvəz edərək bir video yayımlayıb və mənə və hakimiyyətə elə şeylər aid edib ki, hətta müxalifət jurnalistləri belə təəccüblənib”,-deyə Simonyan qeyd edib.
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ