Onlayn ictimai-siyasi qəzet
Şahnaz Bəylərqızının apellyasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayətə baxılıb.
Qərara əsasən, şikayət təmin olunmayıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, daha əvvəl hüquq müdafiəçiləri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edərək Şahnaz Bəylərqızının ciddi sağlamlıq problemlərini və iki azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dəstək olmalarını xahiş etmişdilər.
Qeyd edək ki, Ş.Bəylərqızı qaçaqmalçılıq və başqa cinayətlərdə ittiham edilir. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 15 günlük həbs qətimkan tədbiri seçilib.
İ.Muradov,
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ