Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Sevda Ələkbərzadə uzun fasilədən sonra konsert verəcək.
Musavat.com xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.
“Sən yadıma düşəndə” adlı konsert mayın 10-da Bakı Konqres Mərkəzində baş tutacaq.
“Böyük sevgi və həyəcanla bu xəbəri sizinlə bölüşürəm. 10 may Bakı Konqres Mərkəzdə Sizi öz musiqi dünyama qərq olmağ dəvət edirəm. “Sən yadıma düşəndə” adlı solo konsert proqramında ən sevdiyiniz nəğmələrimi sizin yadınıza salacam. Səhnəyə gəldiyim ilk gündən ifa etdiyim bütün sevilən mahnılarımı bu gecə sizə ithaf edəcəm. Gəlin, bu günü bərabər yaşayaq, ruhumuzu musiqi ilə yeniləyək".
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ