İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakının 4 şərtinə əməl etmədi –cəzasını alacaq!    

Prezident İlham Əliyev ötən il Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovun suallarını cavablandırarkən demişdi ki, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb.

Dövlətimizin başçısı razılaşdırılmayan iki maddə haqqında da danışmışdı. “Onlardan biri bir-birinə qarşı beynəlxalq məhkəmə işlərindən çəkinməkdir. Zənnimcə bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin araşdırılmasını başa çatdırdıq. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, bir-birinə qarşı məhkəmə işlərindən əl çəkmək hər iki tərəf üçün qəbulediləndir”-deyə, Prezident bildirmişdi. Ölkə rəhbəri əlavə etmişdi ki, razılaşdırılmayan digər maddə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsidir. Prezident açıq mətnlə qeyd etmişdi ki, Ermənistan tərəfi “Avropa müşahidəçiləri pərdəsi altında bizim sərhəddin Ermənistan tərəfində NATO infrastrukturu yaradılıb”. 

Sülh sazişinin hətta yarımçıq formasını imzalamağa “hazır olan” rəsmi İrəvan da iddia etmişdi ki, əgər siyasi iradə olarsa, digər iki maddəni də razılaşdırıb, qısa zamanda sülh imzalamaq olar.

Paşinyan yeni imicdə — Video

Sözsüz ki, Ermənistan rəhbərliyi bununla İlham Əliyevin Ermənistan qarşısında qoyduğu digər iki tələbin arxa plana keçirmək niyyətilə söz oyununu davam etdirirdi. Söhbət Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı konstitusiya dəyişikliklərinə əməl olunması və Minsk Qrupundan imtina barədə şərtlərdən gedir.

Baxaq, görək vaxtaşırı “sülhə hazırıq” deyən Ermənistan Bakının irəli sürdüyü tələblərə necə reaksiya verib?

Başlayaq ərazi iddialarından. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddiasının olmadığını qızıl-qırmızı bəyan edib. Təsəvvür edin, 90-cı illərdən bəri Ermənistan Konstitusiyasında Azərbaycanın + Türkiyənin ərazilərinə iddia əksini tapıb. Ermənistan bu iddia ilə 150 min kv.km-ə iddia edir. Hətta İrəvanda konstitusiyadan bununla bağlı dəyişikliklərin edilməsi mövzusu gündəmə gələn kimi revanşistlər ortaya çıxıb, Paşinyana göz ağardırlar. Əgər Nikolun dediyi kimi, konstitusiyada hər hansı ərazi iddiası yox idisə, onda erməni radikallar niyə bu qədər narahatdır?

Artıq gorbagor olmuş Minsk Qrupu ilə Bakının tələbinə gəldikdə, Ermənistan burada da qeyri-konstruktiv davranır. Hesab edir ki, Minsk Qrupundan iddia etmək olar, amma sülh müqaviləsi imzalandıqdan sonra. Növbəti absurd. Sülh imzalanandan sonra Ermənistanın “Minsk Qrupundan imtina edirik”, bəyanatı hansı yaraya dərman olacaq?

Məhkəmə iddialarına gəldikdə, İrəvan bu məsələdə də anormal davranış sərgilədi. Nikol Paşinyan iddia etdi ki, Ermənistan sülh sazişindən sonra Azərbaycana qarşı məhkəmə iddialarını geri götürə bilər. Azərbaycan ərazisini 30 ildən artıq tala, qəbiristanlıqları belə, yağmala, meyitlərin qızıl dişlərini belə, çıxar, başdaşlarını daşı, apar, sonra da de ki, məhkəmə iddiasını geri götürə bilərəm, ancaq sülhdən sonra! İşğalçı, terrorçu ölkənin zərərçəkəni, yüz milyardlarla ziyan vurulan, yüz minlərlə vətəndaşının taleyinə zərbələr vurulan ölkəyə qarşı məhkəmə iddiası qaldırmasının özü ən böyük həyasızlıqdır! Amma Ermənistan bunu özünə rəva bilir, hətta Azərbaycan rəhbərliyinin bu qədər böyük humanizminin qarşılığında özünü naza qoyur!

BMT-1068x600.jpg (157 KB) 

Xatırlatma yerinə düşər: 2021-ci ilin sentyabrında əvvəl Ermənistan (!!!), bir həftə sonra isə Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində bir-birinə qarşı uzun illər davam etmiş Qarabağ münaqişəsindən və İkinci Qarabağ müharibəsindən sonra məhkəmə iddiaları qaldırıb. Ölkələr bir-birini müvafiq olaraq, irqi, milli və etnik mənsubiyyətlərinə görə ayrı-seçkilikdə ittiham edib. Yəni Azərbaycan təcavüzə məruz qalıb, BMT TŞ-nin 4 qətnaməsinin icrasını sonda özü icra etməli olub, bu günlərdə də Qarabağdakı yaşayış məntəqələrini yenidən qurur, insanları evlərinə qaytarır, heç bir dəstək olmadan, milyardları xərcləyir, amma dövlətimizə bu qədər zərər vurmuş ölkə qaçaraq özünü məhkəməyə çatdırır və bizdən şikayət edir! İkinci belə minsifətli ölkə tapmaq olarmı?! Çətin.

Azərbaycanın Avropa İttifaqının Ermənistandakı “mülki”, əslində hərbi-casus şəbəkəsi ilə bağlı tələbinə də əməl olunmadı. Ermənistan rəhbərliyinin mövqeyi budur ki, missiya delimitasiya və demarkasiya olunmuş ərazilərdən yığışdırıla bilər. Yəni cəmi 13 km-lik sərhəddən başqa, digər şərti sərhədlər boyunca, 997 km-də Aİ binoklluları düzüləcək, sonsuzadək. Bu yaxınlarda Bakının tələbini eşitməzliyə vurdular və daha iki illik anlaşma imzalandı. Özü də təkcə Aİ hərbçiləri, casusları deyil, həm də NATO - Kanada atlıları var ərazidə. Günaşırı “binokl diplomatiyası”nın katalizatorları ərazilərimizə boylanırlar, psixoloji təzyiq göstərməyə çalışırlar.

Beləcə, Azərbaycanın 4 tələbindən heç birinə əməl olunmadı, Ermənistan gərginliyi seçdi, sülhü yox!  Azərbaycan Prezidenti Ermənistana  şans vermişdi. Amma dəyərləndirə bilmədilər. Bakıda qurulan “21-ci əsrin Nürnberq prosesi” ilə paralel Beynəlxalq Ədalət Məhkəməsində də cavab verməli olacaqlar müharibə cinayətlərinə görə!

IEPF NGO

Odur ki, Azərbaycan tam haqlı olaraq Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib. Pulları olmayacaqsa, ərazi kompensasiyası gündəmə gələcək, beynəlxalq hüquqa əsasən! Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Ermənistanın Azərbaycana vurduğu ziyanı son sentinədək ödətdirməsək, ağılları başlarına gəlməyəcək. Diqqət edin, bu ölkədə hələ də Qarabağa “Artsax” deyilməməsi qəzəb doğurur. Bu ölkənin parlament sədri Qarabağı könüllü tərk edən ermənilər haqda “Onlar döyüşməli idilər, getməli yox” – deyir. Görünür dərslər yetərli olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR