İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə qonşular ana və qızını döyüb

Gədəbəy rayonunda ana və qızı döyülərək ağır xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Talakənd kəndində qeydə alınıb. Kənd sakinləri, 1940-cı il təvəllüdlü H.Ələsgərova və onun qızı 1974-cü il təvəllüdlü Z.Ələsgərova döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

H.Ələsgərovanın xəsarətlərlə yanaşı qolunun da sındığı bildirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Qızının durumu isə kafidir.

Xəsarətl alanlar bildirib ki, onlar qonşuları tərəfindən döyülərək xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR