İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada gecə saatlarında işıqlı reklamlara qadağa qoyulub

Fransa hakimiyyət orqanları enerji istehlakını minimuma endirməyə çalışaraq, hava limanları, dəmiryol və metro stansiyaları istisna olmaqla, yerli vaxtla saat 01:00-dan 06:00-a qədər bütün ölkə ərazisində işıqlı reklamlara qadağa qoyub.

Bu barədə cümə axşamı hökumətin “Journal officiel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, energetika naziri Aqnes Panye-Ryunaşenin hələ iyul ayında elan etdiyi qətnamə işıqlı reklamın qadağan edilməsinə yönəlmiş mövcud qanunvericilik aktlarının sistemləşdirilməsini nəzərdə tutur.

Yeni vahid qaydanın pozulması halında 1,5 min avroya qədər cərimə ödənilməlidir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR