İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa çalışır ki, öz müstəmləkəçiliklərini davam etdirsin - Komor səfiri

Fransa çalışır ki, öz müstəmləkəçiliklərini davam etdirsin. Fransa bu gün daha güclü şəkildə bütün Komor ərazisində müstəmləkəçiliklə məşğuldur.

Bunu Komor səfiri Thabit Ahmed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa ordusu hələ də Komor ətrafındakı dəniz sularına nəzarət edir.

“Fransa qəmərlilərin öz ərazilərində hərəkətlərinə mane olmaq üçün bunu edir. Bu işğalın daha bir mənfi təsiri odur ki, bu ərazilər hələ də Avropanın diqqətindədir. Fransanın bu ərazidə siyasəti ondan ibarətdir ki, Komor cəmiyyətini parçalasın”.

O vurğulayıb ki, beynəlxalq ictimaiyyətə bütün bu faktlar barədə məlumat verilməlidir:

“Beynəlxalq birlik Fransaya təzyiq göstərməlidir ki, Fransa bu qanunsuz addımlarını dayandırsın. Bu ədalətsizliyə son qoyulsun”.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir.

"Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda Fransanın işğalına qarşı mübarizə aparan və Mayot adasının Qəmər Adaları İttifaqının (Komor Adaları İttifaqı - red.) tərkibinə geri qayıtmasına çalışan Qəmər Adaları İttifaqı, o cümlədən, Mayot adasının ictimai-siyasi xadimləri, elmi dairələrinin nümayəndələri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasi partiyalarının üzvləri, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edir.

Konfransda Qəmər Adalarında Fransanın müstəmləkəçilik tarixi, Mayotun Fransa tərəfindən işğalı və bunun nəticəsində qəmərlilərə vurulmuş ziyan, Fransanın bu bölgədə müstəmləkəçilik siyasətinin geosiyasi və iqtisadi maraqları, habelə Qəmər Adaları İttifaqının Mayot adası ilə bağlı beynəlxalq təşkilatların mövqeyi müzakirə olunur.//Trend.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR