İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya Rusiya ilə münasibətlərin bərpasına necə hazırlaşır?

Finlandiya Rusiya ilə siyasi müstəvidə münasibətləri bərpa etmək üçün “mənən hazırlaşmalıdır”. Bunu Londonda Böyük Britaniyanın baş naziri Keyr Starmerlə görüşündən sonra keçirilən mətbuat konfransında respublika prezidenti Aleksandr Stubb deyib.

"Biz Finlandiyada siyasi səviyyədə münasibətlərin nə vaxtsa bərpa olunacağına mənən hazırlaşmalıyıq. Dəqiq vaxt deyə bilmərik. Heç nə Rusiyanın Finlandiyanın qonşusu olması və həmişə belə qalacağı faktını dəyişdirmir”.

Finlandiyanın Rusiya ilə 1350 kilometrlik sərhədi olduğunu deyən Stubb bildirib ki, Moskva ilə münasibətlərin perspektivləri Ukraynadakı münaqişənin sona çatmasından və ümumilikdə münasibətlərin bərpasına dair müzakirələrin inkişafından asılıdır.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR