İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Xüms vergisi adı ilə milyonlarla pul yığılaraq İrana göndərilir”

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında “Soydaşlarımız haqqında” qanunun qəbuluna çağırış etdi. Bildirdi ki, bu, vacib məsələdir.

Deputat daha sonra sensasion fikirlər söylədi: “Hazırda Azərbaycanda xüms vergisi adı ilə milyonlarla pullar yığılaraq İrana göndərilir: “Bu, terrorizmin maliyyələşdirilməsidir. Dini ziyarətlər tam dövlətin nəzarətində olmalı, müəyyən yerlərə ziyarət edənlər də riskli qrup kimi nəzərə alınmalıdır. Bizim qanunvericilikdə belə bir şey yoxdur, bunu təcili olaraq gündəmə gətirib müzakirə etməliyik”.

F.Mustafa qeyd etdi ki, İrana ziyarətlərə də qanunvericilik səviyyəsində nəzarət olmalıdır: “Digər tərəfdən, meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir. Qeyd edim ki, ölkədə olan İran şəbəkələri İrandakı ziyarətlərə gedənlər arasından seçilir. Xüsusilə də qadınlar arasında çox böyük şəbəkələr var. Bunun qarşısını almaq lazımdır. Eyni zamanda yas yerlərində qaydalara, daha sonra meyxanaçılara xüsusi diqqət yetirilməlidir. Bu məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır ki, həmin qüvvələr bu qədər ölkədə fəallaşa bilməsinlər”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR