İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyvanda yatıram deyib ərini ALDATDI: Xəyanət dolu qətlin ŞOK DETALLARI

"Həyat yoldaşım qonşudakı arvadlara qoşulub işləməyə başladı. Elə nə oldusa, işləyəndən sonra oldu. Onun gizli danışıqlarını tutdum. Axırda özü mənə başqa kişi ilə danışdığını, intim əlaqədə olduğunu etiraf etdi".

Bu sözləri məhkəmə qarşısında qısqanclıq zəminində arvadını 17 bıçaq zərbəsi ilə öldürməkdə təqsirli bilinən Farik Mollayev deyib.

Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyində keçirilib.

Hadisə bu ilin avqustun 30-da Qusarın Piral kəndində baş verib. Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerindəcə həyatını itirib.

F.Mollayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Medianews.az xəbər verir ki, Lent.az hadisə ilə bağlı bəzi təffərrüatlar əldə edib.

Məlumata görə, Farik Mollayev 12 ildir ailəli olduğu Oksana Mollayeva ilə sevib evlənib. Bu müddət ərzində aralarında heç bir problem olmayıb. Amma təqsirləndirilən şəxs xanımının işə başlayandan sonra dəyişdiyini, ondan gizlin evin arxa həyətində davamlı telefon danışdığını deyib.

Məhkəmə istintaqı zamanı ifadə verən Farik Mollayev:

"Biz çox yaxşı ailə olmuşuq. Hər zaman mehriban yola getmişik. Amma Oksana işə başlayandan sonra dəyişdi.

Hadisədən bir müddət əvvəl o, qonşu qadınlarla birlikdə işə getmək istədiyini dedi. Əvvəlcə buna razılıq vermədim. Lakin o, çoxlu xahiş edəndən sonra işləməyinə icazə verdim. Təxminən bir ay sonra gördüm ki, gizlində telefonla danışır. Gəlib kimlə danışdığını soruşanda bacısı ilə danışdığını dedi. 3-4 dəfə aramızda bu mövzularda dialoqlar oldu. Sonra mənə iş təklifi gəldi. Oksanaya dedim ki, daha sən işləmə, mən özüm işləyəcəm. Mənlə razılaşmadı. Aramızda bununla bağlı mübahisələr oldu".

Bir gün gecə saat on ikinin yarısı Oksana Farikə eyvanda yatacağını deyib. Yoldaşına eyvanda yatacağını deyən qadın elə həmin gecə evdən qaçıb gedib:

"Mən də uşaqlarla otaqda yatdım. Birdən qapı səsi eşitdim. Düşündüm ki, yəqin arvadım çölə çıxıb. Təxminən yarım saat keçsə də, qayıtmadı. Çıxıb eyvana baxanda onun orda olmadığını gördüm. Anasına zəng edib onlarda olduğunu soruşdum. Amma onlarda da yox idi.

Bir neçə saat keçdi. Gecə 4-ün yarısı qayınanam zəng edib, arvadımın onlarda olduğunu dedi. Dediklərinə görə, Oksana anasıgilə piyada gedib. Amma bu çox çətindir. Çünki evlər arasındakı məsafə 14 kilometrdir.

Arvadımı evə aparmaq üçün qayınanamgilə gedəndə məndən problemin səbəbini soruşdular. Qızlarının işə getmək istədiyini dedim. Atası da ləzgi dilində "o sizin probleminizdir, bizim yox" dedi. Bundan sonra arvadımı götürüb evə gəldim. İşləməyinə də razılıq verdim".

Bir gün Farik dostu ilə evdə oturub yeyib-içmək qərarına gəlib. Arvadı onların qonaqlığı üçün süfrə açıb, yeməyi stolun üstünə gətirib qoyub. O, həmin vaxt arvadının yenə kiminləsə telefonda danışdığını hiss edib. Arvadı bayıra çıxdıqdan təxminən iyirmi dəqiqə sonra onun arxası ilə gedib. Uşaqlardan analarının harada olduğunu soruşduqda isə evin arxa tərəfində olduğunu deyiblər.

Elədiyi hərəkətin üstü açıldıqda Oksana yoldaşına hər şeyi etiraf edib:

"Bayıra çıxdım, gördüm ki, uşaqlar oyun oynayır. Onlara analarının harada olduğunu soruşduqda isə evin arxa tərəfində olduğunu söylədilər. Arvadımın yanına getdikdə gizlin telefonla danışdığını gördüm. Elə həmin vaxt telefonu əlindən aldım. Əlindən aldıqda telefonda "oldu can" sözünü eşitdim. Oksananın nə isə pis hərəkət etdiyini hiss elədim. Evə gəlib dostumu göndərdim.

Onun başqa biri ilə danışdığını başa düşdüm. Ondan telefonda danışdığı şəxslə aralarında intim əlaqə olub-olmadığını soruşdum. Öncə bunu inkar etdi. Amma üstünə düşəndə hər şeyi danışdı. Cinsi əlaqədə olduğunu dedi. Özümü çox pis hiss elədim. Çölə çıxıb hava alıb qayıtdıqdan sonra mətbəxdən bıçaq götürüb yataq otağında yastığın altına gizlətdim".

Farik arvadına yalandan onunla barışdığını göstərib. Onu digər otağa çağırdıqdan sonra bıçağı çıxarıb və qapını bağlayıb:

"Onun xəyanətinə dözə bilmədim. Bıçağı götürmək üçün yastığın yanına yaxınlaşanda Oksana onu öldürəcəyimi hiss elədi. Qışqırmağa başladı. Qışqıran zaman nalayiq sözlərlə məni təhqir etdi. Mənə "it oğlu, məni öldürmək istəyirsən?" dedi. Bu sözlərdən sonra ona bir neçə bıçaq zərbələri vurdum. Amma nə qədər vurduğumu xatırlamıram".

Farik hadisədən sonra qardaşını zəng edib çağırıb. Qardaşı Nəsimi öz arvadı Mehriban ilə birlikdə onlara gəlib. Hadisə zamanı oğlu oyaq imiş. Buna səbəb isə Oksananın ona "atan məni bu gecə öldürə bilər, bir az oyaq qal" deməyi olub.

İstintaq zamanı Oksananın bacısı Diana ifadəsində bildirib ki, anası ona Farik soruşduğu zaman bacısı ilə telefonda danışdığını təsdiq etməsini tapşırıb.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin atası Farikin yaşamağa ixtiyarının olmadığını deyib:

"Avqustun 25-i gecə vaxtı qızımın bizə piyada gəldiyini eşitdim. Səhər olanda Farik də gəldi. Qızıma sevib ərə getdiyini, əgər əri işləməməsini bildirirsə, işləməməsini dedim. İndi Farik deyir ki, bir aydır qızım başqası ilə danışır. Əgər belə bir hal olubsa, nə səbəbə həmin gecə bizə gələndə bunu mənə deməyib. Ayın iyirmi səkkizi qaynıgildə toy idi, Farikgil də ordaydı. Çox da mehriban idilər, aralarında hər hansı narazıçılıq görmədim.

İyirmi doqquzunda heç nə olmur, ayın otuzunda qızımı öldürür. Özü də on yeddi bıçaq zərbəsi ilə. Onun yaşamağa ixtiyarı yoxdur. Səksən faiz yalan danışır, heç sifətindən peşman olması da görünmür. Əgər Oksana onu aldadırsa, niyə Farik mənim evimə gələn zaman bu barədə heç nə demədi".

Şahid qismində olan Farik Mollayevin qardaşı üç aydan sonra istintaqa müraciət edib. Belə ki, evdən yazılı məktublar çıxıb. Məktublar hadisədən üç-dörd gün sonra Farikin evində tapılıb. Vərəqdə yazılanlar isə ləzgi dilində olub.

Ayrı-ayrı məzmunlu yazılar olan 6 ədəd kağız parçalarına tərcüməçinin iştirakı ilə baxış keçirilib. Ləzgi dilində yazılmış mətnlərin Azərbaycan dilində tərcümələri aşağıdakı kimidir:

- "Ağlama, biz ayrılsaq da, qəlbimizdə bir yerdə qalacağıq, məndən küsmə, məni bağışla", arxa tərəfində "sabahdan Cahangirlə işlə, mən səni çox istəyirəm, can",

- "Sən mənim yanımda həmişə qalacaqsan, sən ayrılmaq istəyirsən. Mən səni özümdən ayırmayacağam, istəyirsən indi, istəyirsən alma vaxtı", arxa tərəfində "can, narahat olma, sən ayrılmaq istəyirsən".

- "Mən nahar vaxtı Cahangirlə danışacağam, siz sabahdan Cahangirlə işləyin, mən sizin yerinizə başqasını götürəcəyəm. Bu axırıncı kağızdır".

- "Mən sənin üçün problem olacağından qorxuram, mən heç kimdən qorxmuram, amma səninlə ayrılmaq istəmirəm, səni çox istəyirəm, bir öpüş istəyirəm, can".

- "Onda mən ayrılacağam, səni uzaqdan görərəm, mən və sən ayrılsaq, mən dözməyəcəyəm, sən mənim, mən sənin ürəyində qalacağam, ancaq səni çox istəyirəm, günorta mən nahara getməyəcəyəm, qalacağam, sənə xəbər edəcəyəm".

- "Nahar vaxtı mən burda qalıram, nahara getmirəm, hamı elə biləcək ki, mən getmişəm, sən çörək ye kənara gəl, axırıncı dəfə gəl, sənə deməli sözüm var, gələndə kənardan gəl" sözləri yazılıb.

Farik Mollayev hadisədə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı bitdikdən sonra təqsirləndirilən şəxs F. Mollayevə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərara görə, F. Mollayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR