İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski Ankarada keçirilən brifinq zamanı məlumat verib.

Prezidentin sözlərinə görə, görüş əvvəlcədən planlaşdırılıb və yüksək səviyyədə təşkil olunub.

“Orada 40-dan çox lider iştirak edəcək. Bu, yaxın vaxtlar üçün qısa planlarımızdan biridir”, – deyə Zelenski bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR