Onlayn ictimai-siyasi qəzet
Ötən günlərin birində müğənni Sərxan Kərəmoğlu bəstəkar aranjımançı, prodüser Asif Kərimovun ünvanına sərt ittihamlar səsləndirib. "Rəngarəng" verilişində çıxışı zamanı Sərxan Kərəmoğlu Asif Kərimovu hədəf alaraq "Asif Kərimov prodüserdir ki? Hansı müğənnini sıfırdan sənətə gətirib? Yenilik edib ne edib? Hansı mahnıları var? Mətanət İsgəndərliyə, Elnarə Abdullayevaya konsertlər təşkil edib, cibinə 20.000 manat qoymaqla prodüser olunmur" deyə o bildirib.
Həmin verilişdə qonaq olan müğənni Kəmalə Qaramollayeva Sərxan Kərəmoğlunun səs-küylü açıqlamasına qalmaqallı cavab verib. Bildirib ki, Asif Kərimov haqda danışmaq hər insanın başı üçün, haqqı üçün deyil:
“Çünki onun bu sənətdə əziyyətləri çox böyük olub. Asif Kərimovla bugünə qədə gördüyüm işləri kim edib? Bu insan məni Beyonce səviyyəsində görmək istəyir. O potensialı məndə gördüyü üçün sağ olsun. Amma buradan Sərxan müəllimə demək istəyirəm k, Asif müəllim bundan artıq nə edə bilər? Siz dediyiniz o proyektlər, səhnələr var ki, arxasında nələr yatır, nələrdən keçib nələri qurban vermək lazımdır ki, ora gedib çatasan. Bütün bunları biz hamımız bilirik. Burada Asif Kərimov da daxil olmaqla, heç kimin günahı yoxdur. Mən onu edə bilməmişəm deyə bu yerimdəyəm və yerimdən çox razıyam”.
Zaur Nəbioğlu ifaçıya “Sərxan Kərəmoğlu Kəmalə Qaramollayeva haqqında danışdıqlarında haqlı idi mi” deyə sual ünvanlayıb. K.Qaramollayeva sənət dostuna bu barədə haqq qazandırmayıb:
“Burada haqsızdır. Kiminsə qapısını döyürsən, təmənnasız adama heç nə vermirlər. Hər kəs deyir əvəzini ver al. Bu insan 5 ildir təmənnasız əziyyətimi çəkir. Bugündən sonra onunla işləməsən belə əziyyətini unuda bilmərəm. Bu nankorluqdur”./Yenisabah.az
ŞƏRHLƏRŞƏRH YAZ