Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında İstanbulda keçirilən danışıqlarla bağlı mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp Rusiya nümayəndə heyətinin səviyyəsindən narazı olmadığını bildirib. O, nümayəndə heyətinin tərkibini tənqid etmədiyini xüsusi vurğulayıb.
Bununla yanaşı, Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı real irəliləyişin yalnız onun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra mümkün ola biləcəyini deyib.
“Bu məsələdə heç nə baş verməyəcək, ta ki mən Putinlə görüş keçirənədək”, – deyə Tramp bəyan edib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ