Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında gözlənilən görüş artıq başlayıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə KİV-ləri yayıb.
İstanbulda baş tutan bu görüşdə sülh danışıqları, regional təhlükəsizlik və Rusiya ilə mümkün atəşkəs yolları müzakirə olunacaq. Analitiklər görüşü Ukrayna-Rusiya münaqişəsində diplomatik dönüş nöqtəsi kimi qiymətləndirirlər.
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində 2 yaşayış məntəqəsini - Torskoye və Novoaleksandrovkanı nəzarətə götürüb. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynanın cənubunda isə ən çətin vəziyyət Rusiya qoşunlarının Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə doğru tələsdikləri Novopavlivsk istiqamətindədir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” komandanlığının sözçüsü Vladislav Voloşin məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri bu istiqamətdə hər gün 25-27 hücum həyata keçirirlər: “Ruslar kiçik piyada qrupları, zirehli texnika və motosikletlərlə kütləvi hücumlar edirlər.
Bütün gücləri ilə Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətləri ilə inzibati sərhədi keçməyə çalışırlar. Vilne Pole, Novosilka, Privilne və Zelen Pole yaşayış məntəqələri yaxınlığında müdafiə xəttimizi yarmağa cəhd göstərirlər”.
Voloşin əlavə edib ki, Rusiya ordusu Qulyaypil istiqamətində şəxsi heyətini ön cəbhədə yerləşdirir, tezliklə burada aktivləşmə gözlənilir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.
ŞƏRHLƏRŞƏRH YAZ