İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN-dən Lavrov və Zaxarovaya sərt cavab: “Onların rolu Moskvadan hürməkdir”

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbəri Sergey Lavrov və nazirliyin sözçüsü Mariya Zaxarovanın son bəyanatlarına kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, Ukrayna XİN-in sözçüsü Georgi Tixiy Rusiya tərəfini şəxsi təhqirlərlə gündəmdə qalmağa çalışmaqda ittiham edib.

“Putin İstanbula gələrək Zelenski ilə müharibənin dayandırılması barədə ciddi danışıq aparmalı olduğu halda, Rusiya tərəfdən yalnız şəxsi təhqirlər eşidirik”, – deyə Tixiy bildirib.

O, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin artıq bir neçə dəfə beynəlxalq ictimaiyyət qarşısında özünü gülünc vəziyyətə saldığını qeyd edib.

“Türkiyədəki nümayəndə heyətinə Rusiya XİN rəhbərlik etmir. Onların funksiyası sadəcə Moskvadan hürməkdən ibarətdir”, – deyə Ukrayna rəsmisi əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR