Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Bununla belə, Ukrayna tərəfi danışıqlarda iştirak üçün öz nümayəndə heyətini Türkiyəyə göndərəcək.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda baş tutması planlaşdırılan sülh danışıqları son üç ilin ilk birbaşa təmas cəhdi kimi qiymətləndirilir. Zelenskinin özü iştirak etməsə də, prosesə rəsmi dəstək verdiyi bildirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ