İnsanlara hürriyət, millətlərə istiqlal!

ETTELAAT əməkdaşları azərbaycanlı milli fəalın evinə hücum etdilər

Dünən İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin agentləri milli fəal Kərim Xəlilinin Təbrizin Heydərabad məhəlləsindəki evinə basqın ediblər.

Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb.

Xəbərə görə, məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüter və mobil telefonunu müsadirə ediblər.

Xatırladaq ki, Kərim Xəlili İranın təhlükəsizlik agentləri tərəfindən dəfələrlə həbs olunaraq işgəncələrə məruz qalan azərbaycanlı milli fəal Aşıq Cəbrayıl Xəlilinin qardaşıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR