İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərandan atəş xəbəri-Rusiya MN təhriflərindən əl çəkmir

Qarabağın Xocalı rayonunda, Əsgəran qəsəbəsində Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.

Musavat.com bildirir ki, hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, kontingentin komandanlığı Ermənistan (?-M.) və Azərbaycan tərəfləri ilə birlikdə araşdırma aparır.

Ənənəvi qaydada toponimlərimizi təhrif edərək, “Dağlıq Qarabağ”, “Əsgəran rayonu” kimi ifadələrdən istifadə edən Rusiya MN Xankəndinin adını da “stepanakert” olaraq bülletenində yazıb. Bildirilib ki, bu şəhərə 204,8 ton humanitar yük çatdırıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR