İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: Yaxın Şərq regionu böyük bir müharibənin astanasındadır

“Yaxın Şərq regionu böyük bir müharibənin astanasındadır”.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi üzrə iclasında deyib.

“Yaxın Şərq yenidən böyük bir müharibənin astanasındadır, görünür, bəzi insanlar bunu həqiqətən istəyirlər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının atəşkəs və Qəzzaya davamlı humanitar çıxışın yaradılmasını tələb edən bir neçə qətnamə qəbul etməsinə baxmayaraq, İsrail ordusunun əməliyyatı davam edir.

“Həll edilməmiş Fələstin-İsrail münaqişəsi bütün regionda sabitliyi pozan təsirə malikdir. Şiddətliliyi və dağıdıcı nəticələri ilə misli görünməmiş Qəzza böhranı Livan-İsrail qarşıdurmasının kəskin artması üçün katalizator oldu. Livan və İsrail ərazilərinin dərinliklərinə qədər davam edən atəşin görüntüləri artıq bütün dünyaya yayılıb”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR