Onlayn ictimai-siyasi qəzet
“Helen” qasırğası ABŞ-ın cənub-şərqindəki dörd ştatda 40 nəfərin ölümünə səbəb olub.
Bu barədə “Associated Press” xəbər yayıb.
Qeyd olunub ki, ölənlər arasında Corciya, Şimali Karolina, Florida və Cənubi Karolina ştatlarının sakinləri də var.
Bütün bu bölgələrdə və Tennessi ştatında daşqın zonaları yaranıb, çoxlu sayda ev dağılıb, ağaclar aşıb. Həmçinin su basmış ərazilərdə çoxlu insan evlərində çarəsiz qalıb və xilasedicilərin gəlməsini gözləyir.
“PowerOutage.us” monitorinq resursunun məlumatına görə, qasırğa nəticəsində Corciya, Florida və Cənubi Karolina ştatlarında 4 milyondan çox ev təsərrüfatı işıqsız qalıb.//Report
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ