İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə GÖRÜŞDÜ

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında görüş baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, tərəflər Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, mədəni, humanitar və digər aspektlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına COP29-a hazırlıq, eləcə də regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR