İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu çörək zavodu məhkəməyə verildi

"Bakıxanov-Çörək" zavodu məhkəməyə verilib.

Musavat.com lent.az-a istinadən bildirir ki, zavodun fəaliyyətində nöqsan aşkarlanıb.

Belə ki, miqrantların "Bakıxanov-Çörək" zavodunda qanunsuz işə cəlb olunması halı üzə çıxıb. Buna görə də, Açıq Səhmdar Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) maddəsilə protokol tərtib olunub.

İnzibati xəta üzrə tərtib olunan protokola Sabunçu rayon Məhkəməsində baxılacaq.

Protokola əsasən vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR