İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Ukrayna ilə bağlı sülh planını tənqid etdi: Ədalətsizlikdir!

Amerika Birləşmiş Ştatları administrasiyası Braziliya və Çinin Ukrayna böhranının siyasi həlli ilə bağlı baxışlarına qarşıdır.

Musavat.com xəbər verir ki, bu barədə Nyu-Yorkda mətbuat konfransında jurnalistlərə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Təcavüzkarın istədiyi hər şeyi əldə etdiyi və qurbanın hüquqlarını müdafiə etmək imkanı olmayan sülh planı ədalətsizlikdir. Bizim nöqteyi-nəzərimizdən, BMT Nizamnaməsinin prinsiplərinə, xüsusən ərazi bütövlüyünə, suverenliyə, müstəqilliyə açıq şəkildə əsaslanan istənilən təklifə, plana diqqət yetirməyə dəyər.

Bir neçə gün əvvəl Təhlükəsizlik Şurasında mən çox açıq şəkildə bildirdim ki, ədalətli və davamlı sülhün olacağına inanırıq. Ədalətli və davamlı sülhlə bağlı daxil olan hər bir təklifə baxıb dəyərləndirəcəyik”, - deyə o qeyd edib.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR