Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər, Sabunçu və Binəqədi rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 30.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Stansiya Qala yaşayış massivi, Ləhiş bağları ərazisində, həmçinin Binəqədi şosesi-1, 1-ci, 2-ci, 3-cü Mədən əraziləri, M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsi, Baksol ərazisi, Zəngəzur yaşayış massivi ərazisində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ