İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İsrail səfirliklərinin təhlükəsizliyini gücləndirib

ABŞ Prezidenti Cozef Bayden Amerikanın Yaxın Şərqdəki səfirliklərində əlavə təhlükəsizlik tədbirlərinin görülməsi və regionda qüvvələr balansına düzəliş edilməsi barədə göstəriş verib.

Bu barədə Amerika liderinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Prezident Bayden Pentaqona güc təhlükəsizliyini təmin etmək və ABŞ-ın bütün missiyalarını dəstəkləmək üçün bölgədəki qüvvələrin mövqelərini qiymətləndirməyi və lazımi qaydada tənzimləməyi tapşırıb.

“N12” telekanalı bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda “Hizbullah” hərəkatının mərkəzi hərbi qərargahına zərbə endirməsindən sonra Təl-Əviv dünyadakı səfirliklərinin təhlükəsizliyini gücləndirib.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR