Onlayn ictimai-siyasi qəzet
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 100-dən çox kimyəvi silah anbarı qalıb.
Musavat.com xəbər verir ki, “The New York Times” nəşri Kimyəvi Silahların Qadağan edilməsi üzrə Beynəlxalq Təşkilatın (OPCW) hesablamalarına istinadən yazır ki, bu anbarların sayı Əsədin indiyə qədər etiraf etdiyindən xeyli çoxdur.
Təşkilat bu nəticəyə xarici tədqiqatçılar, qeyri-kommersiya təşkilatları və üzv ölkələrin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında gəlib.
Məlumatda bildirilir ki, Əsəd on ildən artıq müddətdə vətəndaş müharibəsi zamanı üsyançılara və dinc suriyalılara qarşı sarin, xlor və iprit kimi kimyəvi silahlardan istifadə edib.
Müharibənin ilk illərində hökumət kimyəvi silahların istehsalı və saxlanması üçün nəzərdə tutulmuş 27 obyektin mövcudluğunu etiraf edib. Bu obyektlər ekspertlər tərəfindən yoxlanılıb və bağlanması barədə göstəriş verilib.
Bununla belə, Əsəd rejimi 2018-ci ilə qədər kimyəvi silahlardan istifadə etməyə davam edib. Həmçinin, hökumət əsas kimyəvi maddələri, yəni prekursorları idxal edib.
Bəzi kimyəvi silah anbarları mağaralarda və ya peyk şəkilləri ilə aşkar edilməsi çətin olan digər yerlərdə gizlədilə bilər. Kimyəvi silahların düzgün qorunmaması riski çox yüksəkdir. OPCW Əsədi dəstəkləyən silahlı qrupların bu kimyəvi silahları əldə edə biləcəyindən narahatdır.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ