İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyaya yeni xarici işlər naziri təyin olundu

Suriyanın yeni hakimiyyəti müvəqqəti hökumətdə Əsəd Həsən əl-Şibanini xarici işlər naziri təyin edib.

Musavat.com xəbər verir ki, məlumatı müxalifətin birgə qüvvələrinin komandanlığı yayıb.

Əş-Şibaninin komandanlığın teleqram kanalında dərc olunmuş rəsmi tərcümeyi-halına görə, o, 1987-ci ildə Suriyanın Həsəkə əyalətində anadan olub.

O, 2017-ci ilin noyabrında “Həyat Təhrir əş-Şam” tərəfindən yaradılmış “Qurtuluş Hökuməti” adlanan hökumətin yaradılmasında iştirak edib.

Xarici işlər naziri təyin olunmazdan əvvəl Əl-Şibani Xilas Hökumətində siyasi məsələlər şöbəsinə rəhbərlik edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR