Onlayn ictimai-siyasi qəzet
"Dekabrın 30-dan Ermənistan-İran sərhədində nəzarəti yalnız Ermənistan sərhədçiləri həyata keçirir".
Musavat.com xəbər berir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra Aqarak keçid məntəqəsində sərhəd nəzarəti Rusiya sərhəd qoşunlarının hərbi qulluqçuları tərəfindən həyata keçirilir.
Ermənistanın baş naziri Rusiya sərhədçilərinə uzun illər xidmətlərinə görə təşəkkür edib.
Bundan əvvəl Putin və Paşinyan razılaşıblar ki, 2025-ci il yanvarın 1-dən Ermənistan-İran sərhədindəki keçid məntəqəsində yalnız erməni sərhədçiləri yerləşdiriləcək.
Musavat.com
18 Yanvar 2025
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ