İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərinin Ukrayna üçün xərclənməsinə başlandı

Ukrayna Maliyyə Nazirliyi Dünya Bankı ilə ABŞ-dan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilməli olan 15 milyard dollar məbləğində kreditlə bağlı müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, məlumatı Ukraynanın Baş naziri Denis Şmıqal açıqlayıb.
O, öz Telegram kanalında yazıb ki, kredit G7-nin təşəbbüsü ilə Rusiya aktivləri hesabına Ukraynaya veriləcək 50 milyard dollarlıq kreditin ABŞ tərəfindən təmin olunacaq 20 milyardlıq hissənin tərkibinə daxildir. Daha əvvəl Şmıqal bildirib ki, Kiyev dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti alıb - 1 milyard dollar.

Qeyd edək ki, oktyabr ayında G7 liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin təfərrüatları ilə bağlı razılığa gəldiklərini açıqlayan birgə bəyanat qəbul ediblər. ABŞ bu vəsaitin 20 milyard dollarını ayırmağı üzərinə götürübb. Qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR