İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qanaxmadan ölməsini izləyirmiş”: Arvadını 22 bıçaq zərbəsi ilə öldürmüşdü - ŞOK TƏFƏRRÜAT

İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində 35 yaşlı Aytən Bədəlovanın amansızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub. Aytən 39 yaşlı əri Etibar Bədəlov tərəfindən öldürülüb.

Musavat.com xəbər verir ki, istintaqla müəyyən edilib ki, Etibar Bədəlov qısqanclıq zəminində arvadına 20-dən çox bıçaq zərbəsi endirib. Aytən 2 bıçaq zərbəsindən sonra Etibarın əlindən qaça bilib, amma həyatını xilas etməyi bacarmayıb. Etibar yenidən onu yaxalayaraq çoxsaylı bıçaq zərbələri endirib.

Etibar Bədəlov ifadəsində bildirib ki, işlə bağlı bir neçə dəfə Bakıya üz tutub. Bakıda olduğu müddətdə əmisioğlanları ona arvadının tanımadıqları şəxsin avtomobili ilə kənddən getdiyini deyiblər.

Onun sözlərinə görə arvadı A.Bədəlova “Basqal” resort və spa otelində soyuq qəlyanaltı aşbazı işləyirmiş. Bir neçə dəfə Aytən işlərinin çox olmasına görə gecə evə gələ bilməyib və Etibardan icazə alıb. Etibar deyir ki, əmisioğlanlarının sözündən sonra Aytəndən şübhələnib və otelə gedərək onun gecələr orada qalıb-qalmamasını dəqiqləşdirib. Öyrənib ki, Aytən dediyi vaxtlarda iş üçün otledə qalmayıbmış. Həm də oteldə xanım işçilər üçün gecə növbəsi yox imiş.

Etibar ifadəsində buna görə Aytəni döydüyünü də etiraf edib. Bildirib ki, Aytən əvvəlcə başqa bir şəxslə arasında münasibət olduğunu inkar etsə də sonradan bunu etiraf edib. Hətta ondan üzr istəyib və bağışlanmasını xahiş edib.

Bundan sonra Etibar Aytəni uşaqları ilə birlikdə atasının evinə aparıb. Orada Aytənin qardaşına, atasına və anasına tapşırıb ki, qızlarının hansı hərəkətə yol verdiyini özündən soruşsunlar. Etibar Aytəndən boşanmaq istəyib. Buna görə aralarında razılıq da olub. Amma həmin ərəfədə Etibarın Aytənə qarşı qəzəbi soyumayıb. Bir neçə dəfə Aytənin atası evinə gələrək onunla danışıb. Aytəni oradan apararaq təklikdə söhbət də ediblər. Bir neçə dəfə də Aytəni döyüb.

Sonuncu belə görüşdə Etibar Aytəni boşanmaq adı ilə öz evlərinə aparıb. Orada yenidən Aytənlə mübahisə edib. Divanda əyləşən Aytənin qarın nahiyyəsinə iki bıçaq zərbəsi endirib. Aytənin qanaxmadan ölməsini izləmək istəyib. Aytən susadığını deyərək Etibardan su istəyib. Etibar su içmək üçün stəkan gətirməyə gedərkən Aytən pəncərəni açaraq qonşunun həyətinə qaçıb. Etibar Aytənin arxasınca çıxaraq onu həyətdə tutub və 20-dən çox zərbə endirib. Aytən hadisə yerində dünyasını dəyişib. Etibar qardaşına zəng edərək Aytəni öldürdüyü deyib. Qardaşı hadisə yerinə gəlib və polisə məlumat verilib.

Aytənin atası və anası ifadəsində bildirib ki, Etibarın özünün başqa qadınla münasibəti olub. Bunu öyrənən Aytən Etibarla mübahisə edib. Bu mübahisə bir neçə dəfə baş verib. Aytən bu səbəbdən Etibardan boşanmaq istəyib. Yəni, mərhumun ailəsi də Etibarı ittiham edib.

Valideynlərinin sözlərinə görə Etibar Aytəni evə gətirəndən sonra bir neçə dəfə onunla görüşə gəlib. Bir dəfə də özü ilə aparanda onu döyüb. Aytənin valideyləri bu barədə polisə məlumat veriblər. Deyiblər ki, Etibarın Aytəni aparmasına icazə verməsinlər. Valideynlərin dediyinə görə, polis əməkdaşı onlara deyib ki, Aytənlə Etibar ər-arvad olduqları üçün onlara bu haqda heç nə deyə bilməz.

Məhkəmə araşdırması zamanı Etibarın əmisi oğlanları da dindirilib. Onlar da baş verənləri Etibarın danışdığı kimi danışıblar.

İstintaq zamanı Aytənin münasibətdə olduğu şəxs də müəyyən edilib. Dindirilən zaman Aytənlə aralarındakı münasibəti etiraf edib. Məlum olub ki, Aytənin başqa bir iş yoldaşı ilə də münasibəti olub.

Şəki Ağır Cianyətlər məhkəməsi Etibar Bədəlovu törətdiyi əməldə tam təqsirli bilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Etibar Bədəlov xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR