Onlayn ictimai-siyasi qəzet
Rusiya hökuməti Ukraynada müharibədə iştirak üçün orduya cəlb olunan məhbuslara birdəfəlik ödəmə verilməsini dayandırır.
Musavat.com xəbər verir ki, Rusiya hökumətinin müvafiq qərarı hökumətin saytında yerləşdirilib.
Qərara əsasən, belə bir müqavilə bağlandığı gün azadlıqdan məhrumetmə cəzasını çəkən Rusiya vətəndaşlarına birdəfəlik ödəmə nəzərdə tutulmur.
Sənəd 2025-ci il yanvarın 1-dən qüvvəyə minir. Bundan əvvəl prezident fərman imzalayaraq birdəfəlik müavinət almayan şəxslərin kateqoriyalarının müəyyən olunmasını hökumətə həvalə edib.
Qeyd edək ki, Ukraynada işğalçı müharibə başlayandan Rusiya hakimiyyəti on minlərlə məhbusu həbsxanadan birbaşa döyüş bölgəsinə göndərib.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ