İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir rus şirkətinin təyyarəsi məcburi eniş etdi

Tümendən Krasnoselkupska uçan "Utair" aviaşirkətinin təyyarəsi, ekipajın nasazlıq barədə məlumat verməsindən sonra dekabrın 30-da səhər saatlarında Yamalo-Nenets Muxtar Dairəsində tək pərlə məcburi eniş edib.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, təyyarənin görüntülərini "Moy Krasnoselkupsk" "Telegram" kanalı paylaşıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda təyyarə uçuşlardan kənarlaşdırılıb. Tümenə əks-reys üçün ehtiyat təyyarə gözlənilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Saxalinsk-Novosibirsk sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR