Onlayn ictimai-siyasi qəzet
Bu gün Ukrayna ilə Rusiya arasında ən çoxsaylı əsir mübadilələrindən biri baş tutub. Rusiya Müdafiə Nazirliyi danışıqlar prosesi nəticəsində 150 rusiyalı hərbçinin Ukrayna əsirliyindən geri qaytarıldığını açıqlayıb.
Nazirlik bildirib ki, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 150 hərbi əsiri təhvil verilib.
Rusiya əsirləri Belarusa aparılıb, oradan ölkələrinə göndəriləcəklər.
Ukrayna prezidenti Volodimir Zelenski isə 189 nəfərin Rusiyadan alındığını açıqlayıb: “Xalqımızın Rusiya əsarətindən qayıtması hər birimiz üçün çox yaxşı xəbərdir və bu gün o günlərdən biridir: komandamız 189 ukraynalını evlərinə qaytara bildi”.
Sərbəst buraxılan hərbi qulluqçular arasında cəbhənin müxtəlif istiqamətlərində döyüşənlər var: Azovstal və Mariupolun, Çernobıl Atom Elektrik Stansiyasının, İlan adasının müdafiəçiləri. Onların arasında əsgərlər, çavuşlar, zabitlər var. Zelenskinin sözlərinə görə, bunlar Milli Qvardiyaçılar, o cümlədən Azov qoşunları, sərhədçilər, teroboronlar, Hərbi Dəniz Qüvvələri və Silahlı Qüvvələrin əsgərləridir. Həm də Mariupolda əsir düşən iki mülki şəxs. “Qohumlar, dostlar hamını evdə gözləyirlər və bu gün daha 189 ailə xoşbəxtdir”.
Hər iki tərəf vasitəçiliyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib.
Musavat.com
02 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ