İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Prezident üçün millət və vətəndaş marağından üstün heç bir güc yoxdur" - VİDEO

"Prezident İlham Əliyevin dekabrın 29-da AZTV-yə təyyarə qəzası ilə bağlı verdiyi müsahibə bir daha onu göstərdi ki, dövlət başçısı üçün milli iradədən, millət və vətəndaş marağından üstün heç bir güc yoxdu və ola da bilməz!".

Millət vəkili Azay Quliyev Prezidentin AzTV-yə verdiyi müsahibəsini şərh edərkən belə deyib.

"Müstəqil və güclü dövlət kimi hamı Azərbaycanla hesablaşmaı və onun maraqlarına hörmət etməlidir.
Rusiya cənab Prezidentin irəli sürdüyü legitim tələbləri yerinə yetirməlidir.

Dünyanın aparıcı mediya nümayəndələrinin dövlət başçısının verdiyi bəyanatı geniş işıqlandırması da bu gerçəkliyin bir hissəsidir.

Dövlətimizin və xalqımızın sarsılmaz birliyi və həmrəyliyi bu sınaqdan da şərəflə çıxmağımızı təmin etdi və edəcək" - deyə o, REAL TV-yə müsahibəsində qeyd edib.

Musavat.com həmin müsahibəni təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR