Onlayn ictimai-siyasi qəzet
Zərgərlik sənayesində şübhəli artım “yüksək iqtisadi artım”a təkan verməkdə davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Etk” saytı məlumat yayıb.
Rəsmi rəqəmlərə görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni ayları ilə müqayisədə Ermənistanda iqtisadi aktivlik göstəricisi 13,6% artıb.
Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlində ən böyük artım sənaye sektorunda qeydə alınıb. Yanvar-fevral aylarında sənaye istehsalının həcmi ötən ilin eyni iki ayı ilə müqayisədə 28,9% artıb.
Statistik məlumatların təhlili göstərir ki, bu sənaye artımı daha çox zərgərlik sektoru ilə bağlıdır. Noyabr ayında Statistika Komitəsi zərgərlik məmulatlarının istehsalının görünməmiş həddə yüksəlişini qeyd edib. 2023-cü ilin dekabr ayında Ermənistanda ümumi dəyəri 82 milyard dram (207 milyon 529 min ABŞ dolları) olan təxminən 22 580 kq zərgərlik məmulatı istehsal edilib. Bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 9,4 dəfə çoxdur.
Yəni zərgərlik sektorunun bu statistikası Ermənistanın bütün sənayesi, eləcə də iqtisadi artım üçün mühüm rol oynayır. Lakin Ermənistanda zərgərlik sənayesinin kiçik işçi qüvvəsi və istehsal gücü nəzərə alınmaqla belə kəskin artım çoxlu suallar və şübhələr yaradır.
Araşdırmalarla müəyyən olunub ki, zərgərlik sənayesinin kəskin artımını bir şirkət - İrəvan Zərgərlik Zavodu təmin edib. Bu zavod hakim “Vətəndaş sazişi” partiyasının deputatı, iş adamı Xaçatur Sukiasyanın ailəsi və onun “Sil Capital” qrupuna, həmçinin Paşinyana yaxın iş adamı Qraç Avakyan və onun ailə üzvlərinə məxsusdur. Sonuncunun ailəsi Rusiyada zərgərlik biznesi ilə məşğul olub. İrəvan Zərgərlik Zavodunun kökləri isə ofşor hesablara qədər gedib çıxır”, - deyə məlumatda bildirilir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ