İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda deputatlara ƏMR VERİLDİ - Cümə günü...

Ermənistanın hakim partiyası rəhbərliyindən parlament fraksiyasındakı deputatlara bu həftənin cümə günü iclasda bir nəfər kimi iştirak etmək əmri gəlib.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“İclas həm də ona görə vacibdir ki, parlamentin payız sessiyası bazar ertəsi başlayır. Hakim partiya hazırda vəziyyətə uyğun olaraq siyasi sahədə nisbi sakitlik hökm sürdüyünü güman edir. Keşiş Baqrat Qalstanyanın “isti payızla” bağlı açıqlamaları isə fantaziya janrında qəbul olunur. Lakin bununla bərabər, siyasi proseslər gözlənilmədən inkişaf edə bilər və buna görə də parlament işi ərəfəsində “əzələləri yaxşıca möhkəmlətmək” lazımdır.

Yeri gəlmişkən, məlumatlı insanlar Paşinyanın nə vaxtsa könüllü olaraq istefa verəcəyinə, hakimiyyəti dinc yolla hansısa qüvvəyə və ya şəxsə ötürəcəyinə ümid bəsləyən sadəlövhlərə gülürlər”, - deyə qəzet qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR