İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Aİ-yə daxil olmaqla bağlı HƏRƏKƏTƏ KEÇDİLƏR

Ermənistanda İrəvanla Brüssel arasında əməkdaşlığın dərinləşməsində maraqlı olan bir sıra ictimai-siyasi qüvvələr Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı imza toplamaq üçün yerli Mərkəzi Seçki Komissiyasına sənədlər təqdim ediblər.

Yaxın 10 gün ərzində MSK bu ərizəyə baxacaq və çox güman ki, müsbət qərar verəcək. Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendumun keçirilməsi təşəbbüsünü parlamentin gündəliyinə salmaq üçün təşkilatçılar 50 mindən çox imza toplamalıdırlar. Deputatlar referendumu dəstəkləməsələr, o zaman təşkilatçılar yeni imzatoplamanı elan etməli olacaqlar və 300 mindən çox imza toplaya bilsələr, Ermənistan Mərkəzi Seçki Komissiyası referendum keçirməyə məcbur qalacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli şərhçi Andranik Ovannisyan həmin referendumun keçirilmə perspektivini dəyərləndirib.

“Aydındır ki, bu təşəbbüs ictimaiyyətin, siyasətçilərin və beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Aİ-yə inteqrasiyası ideyasına yönəltməkdir ki, bu da Ermənistanda iqtisadi, siyasi və məhkəmə-hüquq çərçivəsində aparılacaq islahatlar üçün əlavə legitimlik mənbəyinə çevriləcək. Belə çıxır ki, hakim rejimin nümayəndələri də bu təşəbbüsdə maraqlıdırlar və onlar imzatoplama təşkilatçılarına gizli dəstək verirlər. Lakin ermənilərin 99%-nin belə Avropa İttifaqına imza verməsi və referendumun keçirilməsi rəsmi Brüsseli heç nəyə məcbur etmir. Həmin təşəbbüsün təşkilatçıları isə minlərlə insanın duyğuları və sadəlövhlükləri ilə oynayaraq bu barədə susmağa üstünlük verirlər”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR